Keçmiş sevgilisi İlon Maskdan danışdı: “Uşaqlardan ibarət ordu istədi”

Keçmiş sevgilisi İlon Maskdan danışdı: “Uşaqlardan ibarət ordu istədi”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İlon Maskın keçmiş sevgilisi, influenser Eşli Sent-Kler rejissor Aleks Gibninin “Mask” adlı sənədli filminin premyerasında biznesmenin ona göndərdiyi qəribə mesajlardan danışıb.

Tribuna.az xəbər verir ki, onun sözlərini “The Guardian” yayıb.

Sent-Klerin sözlərinə görə, Mask bir dəfə ona mesaj yazaraq “vətəndaş müharibəsi başlamazdan əvvəl uşaqlardan ibarət ordu yaratmalı olduğunu” bildirib.

Eşli Sent-Kler biznesmenin təsdiqlənmiş 14 övladından birinin anasıdır. O, 2024-cü ildə Maskdan oğul dünyaya gətirib. Həmin il influenserlə biznesmen ayrılıb.

Sent-Kler sahibkarın təhlükəli təsiri barədə də xəbərdarlıq edib. O bildirib ki, Mask “X” sosial şəbəkəsi vasitəsilə qəsdən qarşıdurma yaradır və siyasi baxışlarını təbliğ edir. Onun fikrincə, tənzimləmə tətbiq edilməsə, bu, fəlakətə gətirib çıxara bilər.

“İctimaiyyətə açıqladığı hər şey vasitəsilə dünyaya tamamilə real təsir göstərən şeylər yaradır”, deyə biznesmenin keçmiş sevgilisi vurğulayıb.

İnfluenserin sözlərinə görə, Maskın komandası ondan məxfilik müqaviləsi imzalaması müqabilində birdəfəlik 40 milyon dollar ödəniş və aylıq 100 min dollar məbləğində maddi təminat almağı təklif edib. Lakin Sent-Kler bu təklifdən imtina etdikdən sonra qarşı tərəf təklifi geri götürüb.

Sent-Kler bildirib ki, məxfilik müqaviləsi ilə bağlı təklif aldıqdan sonra söz azadlığının maddi nemətlərdən daha vacib olduğu barədə düşünməyə başlayıb.