Türkiyədə baş vermiş zəlzələ nəticəsində Kahramanmaraş şəhərində “Azərbaycan bulvarı” adlanan ərazi tamamilə dağılıb.
Tribuna.az xəbər verir ki, 7,4 bal gücündə zəlzələnin viran qoyduğu ərazidə demək olar, salamat bina, tikili qalmayıb. “Azərbaycan bulvarı” səmtindən paylaşılan video və fotolardan qorxu filmini xatırladır…
Politoloq Şahin Cəfərli təklif edib ki, Kahramanmaraşın “Azərbaycan bulvarı” adlanan səmtinin bərpasını Azərbaycan hökuməti öz üzərinə götürsə, yaxşı olar.
Tribuna.az









