Çeçenistan rəhbəri Ramzan Kadırov Qərb istehsalı olan qırıcıların Ukraynaya mümkün tədarükünü şərh edərkən bildirib ki, layner havaya qalxan kimi məhv ediləcək.
Tribuna.az xəbər verir ki, o, bu barədə “Rossiya 1” telekanalının “60 dəqiqə” proqramına müsahibəsində bildirib.
Çeçenistan lideri Kiyevə göndəriləcək Qərb tanklarını cəfəngiyyat adlandırıb. O, həmçinin əlavə edib ki, Ukrayna hərbçiləri hələ də bu maşınlardan istifadə etməyi öyrənməli olacaqlar.
Eyni müsahibəsində Kadırov bəyan edib ki, Rusiya Prezidenti Vladimir Putinin əmri olarsa, Rusiya Silahlı Qüvvələri Kiyevə çatmağa hazırdır.
Bundan əvvəl Hollandiyanın baş naziri Mark Rutt bildirmişdi ki, ölkə hakimiyyəti Ukraynanın, əgər varsa, F-16 qırıcılarının tədarükü ilə bağlı müraciətinə baxmağa hazırdır. Rutt bunun mühüm mərhələ olacağını vurğulayıb. Hollandiya hakimiyyəti müttəfiqlərlə məsləhətləşməli olacaq.
Yanvarın 30-da Polşanın baş naziri Mateuş Moravetski bəyan edib ki, Polşa F-16 qırıcılarını yalnız NATO ilə razılaşdıqdan sonra Ukraynaya verə bilər.









