Avqustun 4-də jurnalistika ixtisası üzrə keçirilən qabiliyyət imtahanının nəticələrinin elan olunacağı vaxt məlum olub.
Tribuna.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib ki, imtahan nəticələrinin yaxın iki gün ərzində açıqlanması nəzərdə tutulur.
Abituriyentlər imtahan nəticələri ilə DİM-in rəsmi internet saytı üzərindən tanış ola biləcəklər.









