Jalə Fazil qızı Əliyeva “Şöhrət” ordeni ilə təltif edilib.
Tribuna.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.
O, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə bu təltifə layiq görülüb.
Qeyd edək ki, Milli Məclisin deputatı Jalə Əliyevanın 60 yaşı tamam olur.









