Avstraliyada balıq tutarkən itkin düşən adamın cəsədinin hissələri bir timsahın mədəsindən çıxıb.
Tribuna.az xarici mediaya istinadən xəbər verir ki, Kevin Darmodi adlı şəxsi dostları sonuncu dəfə balıq tutmağa getdiyi gün gördüklərini deyiblər. Kevin duzlu su krakadillərinin çox olduğu bölgədə balıq tutmaq üçün evdən çıxıb. Daha sonra yoxa çıxıb. Dostu bir qışqırıq və ardınca su səsinin gəldiyini bildirib. Buna əsasən polis iki böyük timsahı vurmaq məcburiyyətində qalıb.
Böyük olan timsah yarıldıqdan sonra balıqçının bədən üzvləri onun mədəsindən çıxıb. Mütəxəssislər bildirib ki, onu ən az iki böyük timsah parçalayaraq yeyib.









