İTALYAN ALİMDƏN TÜRKİYƏDƏKİ ZƏLZƏLƏ İLƏ BAĞLI ŞOK AÇIQLAMA – SUNAMİ XƏBƏRDARLIĞI

İTALYAN ALİMDƏN TÜRKİYƏDƏKİ ZƏLZƏLƏ İLƏ BAĞLI ŞOK AÇIQLAMA – SUNAMİ XƏBƏRDARLIĞI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Episentri Kahramanmaraş olan 7,7 bal gücündə zəlzələ fəlakətini İtaliya Milli Geofizika və Vulkanologiya İnstitutunun rəhbəri Karlo Doglioni qiymətləndirərək, “Türkiyə 150 ​​kilometrlik qırılma xəttində bir neçə saniyədə 3 metr irəlilədi” deyib.

Tribuna.az HaberGlobal-a istinadən xəbər verir ki, Türkiyədə bir-birinin ardınca meydana gələn şiddətli zəlzələlər bölgədə narahatlıq və qorxu yaradarkən, İtaliyadan diqqət çəkən açıqlamalar gəldi.

Zəlzələdən sonra İtaliyanın cənubunda “çimərliklərə yaxınlaşmayın” bəyanatı verilərkən sunami xəbərdarlığı da edilib. İtaliya rəsmiləri bir müddət sonra sunami xəbərdarlığını ləğv etsə də, İtaliyada baş verən zəlzələlərdə azsaylı adlardan biri olan İtaliya Milli Geofizika və Vulkanologiya İnstitutunun (INGV) rəhbəri Karlo Doglioni İtaliya mətbuatına açıqlama verib.
İtaliya Milli Geofizika və Vulkanologiya İnstitutu zəlzələnin xəritəsini paylaşıb.

Qurumun bir nömrəli və ölkənin ən tanınan simalarından biri kimi tanınan alim “Bu bölgə seysmik aktivliyin çox yüksək olduğu bölgədir. Türkiyə 150 ​​kilometrlik qırılma xəttində bir neçə saniyədə 3 metr irəliləyib.


İtalyan “Corriere della Sera” nəşrinə danışan Doglioni, “Bu gecə Ərəb fay xətti şimal-şərq-cənub-qərb oxu istiqamətində Anadolu qırılma xəttindən 3 metr irəliləmiş kimi görünür” dedi. Hərəkət qabiliyyətinin 3 metrdən çox ola biləcəyini ifadə edən Doglioni, “Bu, çox böyük bir hərəkətdir” dedi. Doglioni, “Bura çox aktiv bir ərazidir və Aralıq dənizinin ən təhlükəli bölgələrindən biridir. Keçən əsrlərdə burada çox şiddətli zəlzələlər olduğunu şərh edərkən, o, “Türkiyə deyəsən ərəb plitəsini aşıb” şərhini verdi.
Olası sunami riski ilə bağlı açıqlama verən Doglioni, “Xəbərdarlıq aradan qaldırıldı. Amma baş verə biləcək sürüşmə ilə bunun bir daha baş verməyəcəyinə zəmanət yoxdur”, – deyə o bildirib. İtalyan alim eyni zamanda oxşar zəlzələlərin təkrarlana biləcəyini də bildirib.

Doglioni bölgədəki fəaliyyətin heç vaxt dayanmadığını da bildirib.

Tribuna.az