İstirahət gününün HAVASI

İstirahət gününün HAVASI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabah hava əsasən yağmursuz olacaq, arabir külək güclənəcək.

Tribuna.az xəbər verir ki,  bildirir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumatda qeyd edilib.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz olacaq. Şimal-qərb küləyi gündüz arabir güclənəcək:

“Havanın temperaturu gecə 20-25° isti, gündüz 30-34° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % olacaq”.

Məlumata görə, Azərbaycanın rayonlarında əksər rayonlarda əsasən yağmursuz olacağı gözlənilir. Lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir:

“Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 33-38° isti, dağlarda gecə 13-18° isti, gündüz 23-28°, bəzi yerlərdə 32° isti olacaq”.