İsrailin 27 diplomatı Böyük Britaniyadan çıxarıla bilər

İsrailin 27 diplomatı Böyük Britaniyadan çıxarıla bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
İsrailin xarici işlər naziri Gideon Saar Şərqi Qüdsdəki Britaniya konsulluğunun bağlanması barədə qərarı ləğv etməsə, Böyük Britaniya İsrailin 27 diplomatını ölkədən çıxara bilər.
Tribuna.az xəbər verir ki, İsrail rəsmilərinə müvafiq xəbərdarlığı Böyük Britaniyanın İsraildəki səfiri Saymon Uolters çatdırıb.
London və İsrail arasında münasibətlər ötən ay Böyük Britaniyanın İordan çayının Qərb sahilindəki məskənlərə qarşı iqtisadi sanksiyaların tətbiq edilməsi qərarından sonra gərginləşib.
Buna cavab olaraq Saar Şərqi Qüdsdəki Britaniya konsulluğunun bağlanacağını və onun əməkdaşlarının diplomatik vəsiqələrinin ləğv ediləcəyini elan edib.
Bu qərarın cümə axşamı qüvvəyə minəcəyi gözlənilir.