İSRAİL RUSİYANI GÜNAHLANDIRDI

İSRAİL RUSİYANI GÜNAHLANDIRDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailin xarici işlər naziri Eli Koen Reshet Bet radiostansiyasına müsahibəsində Ukraynanın cənubundakı Xerson vilayətində Kaxovskaya su elektrik stansiyasında baş verən partlayışı şərh edib.

Tribuna.az-ın xəbərinə görə, Eli Koen bildirib ki, “Kaxovskaya SES-in bəndini partladan Rusiya olub.
“Bizim hesablamalarımıza görə, Rusiya bəndi partladıb”.

Xatırladaq ki, partlayış nəticəsində Kaxovkaya SES su altında qalıb, onlarla yaşayış məntəqəsi su altında qalıb. Əhalinin ərazidən kütləvi təxliyəsi həyata keçirilib.

Kreml insidentdə iştirakını inkar edib, dünya liderləri, o cümlədən ABŞ prezidenti Co Bayden, NATO-nun baş katibi Yens Stoltenberq, Avropa Şurasının sədri Çarlz Mişel və başqaları hadisəni pisləyib, Rusiyanı günahlandırıb.