İsrail Hələb hava limanını vurub, nəticədə 1 əsgər şəhid olub, 7 əsgər yaralanıb. Hələb beynəlxalq hava limanının fəaliyyəti dayandırılıb.
Tribuna.az xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.
Suriya hava hücumundan müdafiə qüvvələri Hələb yaxınlığında İsrail raketlərinin bir qismini vurub.
Suriya dövlət mediası hərbi idarədəki mənbəyə istinadən xəbər verir ki, hücum Hələbin cənub-şərqində baş verib. Hava limanı və şəhər yaxınlığındakı bəzi obyektlər hədəfə alınıb. Maddi ziyan da dəyib.
İsrail illərdir Suriyada İranla əlaqəli olduğunu iddia edərək müxtəlif hədəflərə zərbələr endirir.









