İspaniya Superkuboku matçları Azərbaycanda keçirilə bilər

İspaniya Superkuboku matçları Azərbaycanda keçirilə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İspaniya Superkuboku gələcəkdə Azərbaycanda keçirilə bilər.

Tribuna.az xəbər verir ki, bu barədə İspaniya Kral Futbol Federasiyasının (RFEF) baş direktoru Manuel Lalinde danışıb.

O bildirib ki, 2027-ci ildə Səudiyyə Ərəbistanında Asiya Kuboku keçiriləcəyi üçün alternativ variantlar axtarırlar.

Federasiya rəsmisi hazırda bir çox ölkələrdən təklif aldıqlarını da sözlərinə əlavə edib: “Gözlədiyimizdən daha çox maraq və qəbul gördük, aldığımız təkliflər də bizi xeyli təəccübləndirdi. ABŞ, Çin, Azərbaycan, Mərakeş və Qətər kimi ölkələrdən təkliflər almışıq.

Xüsusilə ABŞ-dan gələn maraq diqqətçəkən idi. Oradan dünya çempionatı ilə əlaqəli, çox ciddi təkliflər daxil olmuşdu”.