Bu yolda hərəkət məhdudlaşdırıldı

Bu yolda hərəkət məhdudlaşdırıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Abşeron rayonunda Hökməli–Qobu–Güzdək avtomobil yolunun iki hissəsində təmir-bərpa işləri aparılır.

Tribuna.az xəbər verir ki, yolun 2-ci kilometrliyində hərəkət hissəsinin bərpası və nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə təmir işlərinə başlanılır.

Təxminən 100 metr uzunluğunda olan ərazidə işlərlə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq tam məhdudlaşdırılıb.

Sürücülərə alternativ marşrut kimi 20 Yanvar küçəsi istiqamətindən istifadə etmək tövsiyə olunur.

Qeyd edək ki, avtomobil yolunun 4-cü kilometrliyində də yol örtüyündəki problemlərin aradan qaldırılması istiqamətində təmir-bərpa işləri davam etdirilir. Həmin hissədə də nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti olaraq tam məhdudiyyət tətbiq edilib.