Azərbaycan Kubokunda 1/8 finala yüksələn daha iki komanda müəyyənləşdi

Azərbaycan Kubokunda 1/8 finala yüksələn daha iki komanda müəyyənləşdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Kubokunda II təsnifat mərhələsinin daha iki oyunu keçirilib.

 Tribuna.az xəbər verir ki, “Qəbələ” I Liqa təmsilçisi “Mingəçevir”i 3 cavabsız qolla məğlub edib.

II Liqada çıxış edən “Kür-Araz” isə “Sumqayıt”a böyük hesabla uduzub – 0:11.

Qələbə qazanan hər iki komanda adını 1/8 finala yazdırıb.

Xatırladaq ki, II təsnifat mərhələsinin bu gün keçirilən oyunlarında “Araz-Naxçıvan” “Şimal”ı 6:0, “Marafon” isə “Zaqatala”nı 1:0 hesabı ilə məğlub edib.

Ümumilikdə bu raunda oktyabrın 29-da yekun vurulacaq.