Suraxanıda qanunsuz tikinti narazılıq yaratdı – Video

Suraxanıda qanunsuz tikinti narazılıq yaratdı – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Suraxanı rayonunda böyük bir ərazinin zəbt edilməsi və qanunsuz tikinti işlərinin aparılması narazılıq yaradıb.

Tribuna.az xəbər verir ki, bu barədə narazı sakinlər sosial şəbəkələrdə məlumat paylaşıblar.

Sakinlərin sözlərinə görə, Əmircan qəsəbəsində sakinlərin asudə vaxtı gəzişdiyi, istirahət etdiyi ərazi bir müddətdir zəbt edilib.

Sakinlərin iddiasına görə, həmin ərazidə qanunsuz tikinti işləri aparılır. Tikinti ilə bağlı əraziyə məlumat lövhəsi də qoyulmayıb.

Sakinlər tikinti ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyətinə müraciət də ediblər. Lakin hələlik sakinlərin müraciətinə cavab verilməyib.

Qarşı tərəfi dinləməyə hazırıq.

Gülşən Rəsul