“TRIPP-nin həyata keçirilməsinin Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasından asılı olmaması çox yaxşıdır”.
Tribuna.az xəbər verir ki, bunu Ermənistanın spikeri Ruben Rubinyan deyib.
O qeyd edib ki, paralel olaraq Ermənistanla Azərbaycan arasında demarkasiya və sərhədlərin müəyyən edilməsi prosesinin də sülh müqaviləsinin imzalanması və təsdiqlənməsindən asılı olmaması çox yaxşı haldır. “Bunun sadə bir izahı var: indi sülh müqaviləsinin imzalanması ilə bağlı problem var. Azərbaycan tələb irəli sürür və bunun əsasında müqaviləni imzalamaqdan imtina edir”.
Fərda Uğur









