RİA Novosti xəbər verir ki, senator Vladimir Cabarov Ermənistanın Şirak bölgəsinin qubernatoru David Aruşanyanın Rusiyaya girişinə qadağa qoyulmasını təklif edib.
Tribuna.az-ın verdiyi xəbərə görə, buna səbəb erməni məmurun ruslar haqda işlətdiyi ifadə olub.
Cabarov da erməni rəsmisinin sözlərini təhqiramiz adlandırıb və bildirib ki, buna görə məsuliyyət daşımalıdır.
Qeyd edək ki, Aruşanyan bir müddət əvvəl müxalifətdəki “Güclü Ermənistan” partiyası tərəfindən təşkil edilən Gümrü Şəhər Gününün qeyd edilməsini tənqid edib. Qubernator “Gümrü xalqı sizin İvanlarınız deyil” yazıb.
Rusiyanın İrəvandakı səfirliyi bu ifadəni pisləyərək, bu cür ritorikanın Böyük Vətən Müharibəsi dövründə alman nasistlərinin lüğətini xatırlatdığını bildirib.
Rusiya Federasiyası Federasiya Şurasının Prosedur Qaydaları Komitəsinə rəhbərlik edən Cabbarov Aruşanyanı tarixi hadisələri xatırlamağa çağırıb.
Onun fikrincə, bu cür şüarlar əvvəllər Ukraynada, Moldovada və Baltikyanı ölkələrdə yayılmışdı.
Həsən Ağa









