Yamalın atası hava limanında qalmaqal yaratdı

Yamalın atası hava limanında qalmaqal yaratdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Barselona”nın futbolçusu Lamin Yamalın atası Münir Nəsraui “Qızıl top”un təqdimetmə mərasiminə yollanarkən qalmaqala səbəb olub.

Tribuna.az xəbər verir ki, o, Barselona Hava Limanının gözləmə zalındakı kafelərdən birində qalmaqal yaradıb.

Hadisəyə Nəsrauinin gödəkçəsini qadağan olunmuş yerə asması səbəb olub. Bu zaman kafe işçilərindən biri ondan gödəkçəsini həmin yerdən götürməsini istəyib. Yamalın atası isə buna etiraz edib və kafe işçisi ilə mübahisəyə başlayıb.

Nəticədə hadisəyə hava limanının təhlükəsizlik xidməti müdaxilə edib.