“Sədərək” ticarət mərkəzinin sahibi, “Sədərək Yusif” kimi tanınan iş adamı Yusif Qədimbəylinin səhhətində problem yarandığı iddia olunur.
Tribuna.az xəbər verir ki, bu barədə ticarət mərkəzində fəaliyyət göstərən mağaza sahibləri məlumat verib.
Məlumata görə, Yusif Qədimbəyli 1 aya yaxındır ki, işə çıxmır.
İddialara görə, buna səbəb iş adamının səhhətində qəfil problemin yaranmasıdır.
Məsələ ilə bağlı “Sədərək” ticarət mərkəzindən Demokrat.az-a bildirilib ki, Yusif Qədimbəyli hazırda işinin başındadır, səhhətində isə hər hansı problem yoxdur.









