Putinlə bağlı foto sosial şəbəkələrdə müzakirə yaratdı – boy fərqi diqqət çəkdi

Putinlə bağlı foto sosial şəbəkələrdə müzakirə yaratdı – boy fərqi diqqət çəkdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın paytaxtı Moskvada keçirilən beynəlxalq sammitdə çəkilən fotoşəkil sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Tribuna.az xəbər verir ki, Qaz İxrac Edən Ölkələr Forumunun 8-ci Liderlər Zirvə Görüşündə Rusiya Prezidenti Vladimir Putin və Mozambik Prezidenti Daniel Çapo da iştirak ediblər.

Sammitdə təbii qazın iqtisadi inkişafda rolu və qlobal enerji sektorunun qarşılaşdığı çətinliklər müzakirə olunub.

Görüşdən sonra Daniel Çapo Moskva səfəri ilə bağlı fotoları sosial media hesabında paylaşıb. Həmin görüntülərdən biri liderlər arasındakı nəzərəçarpan boy fərqinə görə diqqət çəkib.

Fotoşəklin yayılmasından sonra Putinin boyu ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Bununla belə, görüntünün xüsusi olaraq boy fərqini qabartmaq məqsədilə çəkildiyinə dair təsdiqlənmiş məlumat yoxdur.

İmran Kərimli