“Daily Mail” şirkətin maliyyə hesabatlarına istinadən xəbər verir ki, İngiltərə millisinin keçmiş kapitanı Devid Bekhemin ətir və digər lüks mallar biznesi ötən il 6,3 milyon funt sterlinq dövriyyə əldə edib.
Tribuna.az-ın verdiyi xəbərə görə, bunun da 5,4 milyon funt sterlinqi mənfəət olub.
Nəşrin məlumatına görə, şirkətin gündəlik mənfəəti təxminən 17.250 funt sterlinq olub. Bekhemin ətirləri arasında onun əsas ətri olan Instinct, eləcə də Classic Blue, True Instinct və digər növlər var. Ətirlərin qiyməti 12 funt sterlinqdən 50 funt sterlinqə qədər dəyişir.
Bekhemin brend lisenziyalaşdırma biznesi onun eynək brendini də inkişaf etdirən Seven Global LLP tərəfindən idarə olunur. Şirkətin hesabatına görə, brend tərəfdaşları ilə tərəfdaşlıq 2025-ci ilə qədər davam edib.
Həsən Ağa









