“Əhməd haradadır” filmində yadda qalan obrazlardan biri də “saqqal Ramiz”dir. O, pinti, tör-töküntülü, nizamsız-intizamsız adam kimi tanınır. Lakin dostlarına sədaqəti ilə seçilir və Əhməd üçün can yandırır, hətta özünü bəzi epizodlarda qurban verir.
Amma dövrümüzün yeni qəhrəmanı isə “lüt Ramiz”dir. Çünki məhkəmənin hökmü ilə Ramiz Mehdiyevin bütün əmlaklarının müsadirə olunmasına qərar verilib. El dilində isə belə adamlara “lüt” deyirlər. İndi Ramiz Mehdiyev 88 yaşında “bir həsir, bir Məmmədnəsir” sayıla bilər. Çünki illərlə xalqdan, dövlətdən qarət etdiyi, yağmaladığı sərvət əlindən alınır, ömrünün sonuna qədər evə dustaq edilir. Bundan sonra “lüt Ramiz”in yalnız bir metr kəfəni ola bilər ki, özü ilə goruna aparacaq. Yəni insana ibrət olmalıdır ki, özü ilə bir metr kəfəndən başqa heç nə apara bilmir. Görəsən, hələ də kimlərəsə dərs olmur ki, yaxşılıq etmək lazımdır, xalqın pulunu oğurlayıb axıra qədər yemək olmur?!
Mehdiyev isə dövlətə xəyanət edib və sədaqətsiz biri olaraq tarixin yaddaşında qalacaq. Sadəcə, bu qədər…
Həsən Ağa
Tribuna.az üçün









