İşədüzəltmədə vasitəçilik fəaliyyəti ilə məşğul olanlara necə inanaq?

İşədüzəltmədə vasitəçilik fəaliyyəti ilə məşğul olanlara necə inanaq?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qanunvericiliyə əsasən işaxtaran və işsiz şəxslərin işə düzəlməsində, habelə Azərbaycan vətəndaşlarının xarici ölkələrdə işə düzəlməsində vasitəçilik fəaliyyəti yalnız hüquqi şəxslər tərəfindən həyata keçirilir.

 Tribuna.az  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, işədüzəltmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin nazirlik tərəfindən elektron formada reyestri aparılır.Bu fəaliyyəti həyata keçirən hüquqi şəxslər “Əmək və Məşğulluq” altsistemində (ƏMAS) “İşədüzəlmədə vasitəçilik” modulu vasitəsilə reyestrdə qeydiyyatdan keçməklə öz fəaliyyətləri barədə məlumatları nazirliyə təqdim edirlər.

Keçid vasitəsilə bu fəaliyyətlə məşğul olmaq üçün reyestrə daxil edilmiş müəssisələrin siyahısı ilə tanış ola bilərsiniz.

Qeyd olunub ki, bu prosesin elektronlaşdırılması əmək bazarında şəffaflığın artırılması və işədüzəltmədə vasitəçilik fəaliyyəti üzrə hesabatlılığın asanlaşdırılmasına xidmət edir.