İŞƏ VELOSİPEDLƏ GEDƏNLƏRƏ PUL VERİLƏCƏK…

İŞƏ VELOSİPEDLƏ GEDƏNLƏRƏ PUL VERİLƏCƏK…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nəqliyyat vasitəsi kimi velpsipedin ən çox istifadə edildiyi Belçikada işə velosipedlə gedənlərlə bağlı yeni qərar verilib.

Tribuna.az xarici mediaya istinadən xəbər verir ki, yeni qəbul edilmiş qərara görə, işə velosipedlə gedənlərə işəgötürən aylıq pul ödəməlidir. Hər kilometrə görə 0,27 avro təyin edilib.

Ödənilən pul vergidən azad edilib. Əvvəllər işə velpsipedlə gedənlərə işəgötürənlər pul ödənməsinə müstəqil qərar verirdi. İndi isə bu qanuniləşdirilib və bundan sonra müdirlər işə velposipedlə gələn işçiyə əlavə pul ödəmək məcburiyyətindədi.

Bu, ölkədə nəqliyyat vaitəsi kimi velosipeddən istifadəni stimullaşdırmaq üçün nəzərdə tutulub.