İRƏVANDAN BAYRAMOV-MİRZOYAN GÖRÜŞÜ İLƏ BAĞLI YENİ AÇIQLAMA

İRƏVANDAN BAYRAMOV-MİRZOYAN GÖRÜŞÜ İLƏ BAĞLI YENİ AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Moskvada görüşü mayın 19-na planlaşdırılıb. Tribuna.az-ın verdiyi xəbərə görə, bu barədə jurnalistlərə Ermənistan xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan brifinqdə bildirib.
“Dəyişiklik olmasa, görüş mayın 19-na təyin edilib”, – Hovhannisyan bildirib. Moskva görüşündən əvvəl mayın 14-də Brüsseldə dövlət başçılarının görüşünün keçirilməsi planlaşdırılır.
Moskvadakı görüşün Brüsseldəki görüşün məntiqi davamı olub-olmayacağı sualını cavablandıran nazir müavini bildirib ki, bu, müəyyən mənada məntiqi davamı olacaq, lakin hər formatın özünəməxsus xüsusiyyətləri var.