Türkiyənin məşhur müğənnisi İrem Derici sosial şəbəkədə ünvanına yazılan estetik əməliyyat iddialarına cavab verib.
Tribuna.az xəbər verir ki, izləyicilərdən biri müğənninin paylaşımına “Çənə dolğusunu bir az abartmısan” şərhini yazıb.
İrem Derici isə bunun dolğu olmadığını bildirib.
Müğənni pərəstişkarının şərhinı belə cavab verib:
“Dolğu deyil. Dünən məni nəsə dişlədi. Səhnədən birbaşa xəstəxanaya getdim. Heç belə dolğu olar? Konus kimidir”.
Müğənninin zarafatla verdiyi cavab qısa zamanda sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. O, səhhətində ciddi problem olmadığını da işarə edərək izləyicilərini rahatlaşdırıb.
Gülşən Rəsul











