Venesuela nefti ABŞ-yə 500 il kifayət edəcək – Tramp

Venesuela nefti ABŞ-yə 500 il kifayət edəcək – Tramp

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Donald Tramp Venesuela ilə enerji razılaşması nəticəsində ölkəsinin 500 il üçün kifayət edəcək neft ehtiyatlarına çıxış əldə etdiyini iddia edib.

Tribuna.az xəbər verir ki, Tramp bunu Dallasda Respublikaçılar Partiyasının milli qurultayında çıxışı zamanı bildirib.

“Neftdən danışaq. Biz Venesuelanı nəzərə almasaq belə, dünyanın ən böyük neft istehsalçısıyıq. Venesuelanı isə bu yaxınlarda ehtiyatlarımıza əlavə etmişik” deyən ABŞ Prezidenti qeyd edib ki, bu, ən böyük neft sazişidir və yəqin ki, Birləşmiş Ştatların tarixində ən böyük razılaşmadır.

“65 milyard barel bizimdir. Bunun nə demək olduğunu bilirsiniz? Bu, bütün ömür üçün, 500 il deməkdir”, – Tramp əlavə edib.

ABŞ Prezidenti Vaşinqtonla Karakas arasında “əla münasibətlərin” qurulduğunu da bildirib.