Müğənni İradə İbrahimova oğlu Əli ilə bağlı paylaşım edib.
Tribuna.az xəbər verir ki, sənətçi övladının 11 yaşının tamam olduğunu vurğulayıb.
“Əlim, adın ədalətin, cəsarətin, biliyin rəmzidir. Arzum ömrün boyunca adının gözəlliklərini daşıyasan. Güclü olduğunda incitməyən, haqlı olduğunda təkəbbürlü olmayan, haqsızlıq qarşısında susmayan insan ol. Oğul, illər keçdikcə sadəcə yaşın deyil, ağlın, ürəyin, vicdanın da böyüsün, inşallah. Ad günün mübarək, Əli! Adına layiq, ürəyinə yaraşan bir ömrün olsun, övladım” deyə, sənətçi paylaşımına yazıb.
Qeyd edək ki, Ceyhun İzer adlı Türkiyə vətəndaşı ilə ailəli olan müğənninin bir qızı da var.










