Niyam Salami üsyan etdi: “Camaatın balasını öldürdü” – Video

Niyam Salami üsyan etdi: “Camaatın balasını öldürdü” – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müğənni Niyam Salami 3 il öncə “Şəki Yaylası” istirahət mərkəzinin sahibi iş adamı Hacı Məhərrəm Novruzova məxsus Novxanıda çalışdığı bir obyektdə ona haqsızlıq edildiyini iddia edib.

Tribuna.az xəbər verir ki, müğənni ad çəkmədən obyekt sahibini tənqid edərək o adamın gözünü pul örtdüyünü bildirib:

“Eşitdim Şəki yaylağında açdığın yerdə kanat çəkirsən. Kanatı işi bilənlərə çəkdir. Öz qaynına kanat çəkdirdin, 100 min ayırdın, hərə bir az cibinə qoydu, bu gün də kanat çəkildi.

Camaatın balasını öldürdün. Sənin ucbatından camaatın balası öldü. Nə kanata, nə başqa şeyə baxan var. Pul gözünü örtüb”.

N.Salami keçmiş iş yeri ilə bağlı yaşadığı problemləri də ictimailəşdirib:

“3 ildir mənə əzab verildi. Nə efirdə, nə dost yanında danışa bildim. Səbr etdim, Allaha tapşırdım. Novxanıda bir obyektdə çalışırdım. Müdiriyyətin başıma gətirdiyi oyunlardan danışa bilmirdim. Bir il çalışdım, ikinci il qışa düşdü. Qışda dəniz kənarında məkanlar işləmir. Orada 1 manata qutab reklamı verirdilər. Getdim böyük heyətlə. Sizin əxlaqsızlığınızı, şeytan işlərinizi gördüm. Dedim, yayı yola verim, qışda gedim”.

Sənətçi rəhbərlik tərəfindən borclandırıldığını da iddia edib:

“Hər ay üstümə adam göndərib faizi qaldırırdın. Fəhlə işləyirdim? Qırğınlarımız başladı. Mənə zülm verməyə başladılar. Çıxmaq istəmirdim, borclar qalmışdı. Düşünürdüm ki, çalışım, ödəyib çıxım. Rəhbərlik dedi, ödəyəcəyik. Mən gedən kimi bütün şirkətləri mənim üstümə göndərdilər. Hər gün mənə şirkət zəng edir, pul istəyir”.

N. Salaminin spzügedın videosunu təqdim edirik:

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Gülşən Rəsul