Yetkinlik yaşına çatmış hər kəsə – 5000 dollar vəd etdi

Yetkinlik yaşına çatmış hər kəsə – 5000 dollar vəd etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Respublikaçılar aralıq seçkilərdə qalib gəlsələr, yetkinlik yaşına çatmış hər bir ABŞ vətəndaşına 5 min dollar veriləcək”​.

Tribuna.az xarici mətbuata istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Dallas şəhərində Respublikaçılar Partiyasının milli qurultayında çıxışı zamanı bildirib.

“Əgər respublikaçılar hər iki palatada – həm Nümayəndələr Palatasında, həm də Senatda qalib gəlsələr, mən yetkinlik yaşına çatmış hər bir ABŞ vətəndaşına 5 min dollar məbləğində dividend ödəyəcəyəm”, – dövlət başçısı vəd edib.

Ağ Ev rəhbəri “Tramp dividendi” adlandırdığı bu pulu vətəndaşların ölkə daxilində xərcləməli olacaqlarını əlavə edib.

Qeyd edək ki, ABŞ Konqresinə aralıq seçkilər noyabrın 3-də keçiriləcək. Seçkilərdə Senatın 100 üzvündən 33-ü, həmçinin Nümayəndələr Palatasının bütün 435 üzvü yenidən seçiləcək. Respublikaçılar hazırda qanunvericilik orqanının hər iki palatasına nəzarət edirlər.