“Şəki yaylası”ndakı o kanatdan mən də istifadə etmişəm. AZTV-nin əməkdaşı düz demir, orada heç kimə sığortaya, təhlükəsizlik qaydalarına dair sənəd imzalatmırlar.
Tribuna.az xəbər verir ki, bu sözləri jurnalist Nicat Dağlar sosial şəbəkə hesabında yazıb. Şəkidə baş verən faciəvi kanat qəzasından danışan jurnalist bildirib ki, kanata minənlərdən ancaq pul yığırlar:
“Təhlükəsizlik qaydalarına dair heç kəsə sənəd imzalatmırlar. Aşağıda pul yığırlar, vəssalam. Tros qırılmasa, oradan düşmək mümkün deyil”.
Qeyd edək ki, 8 sentyabr tarixində Şəkidə kanatın qırılması səbəbindən iki nəfər dünyasını dəyişib.
Gülşən Rəsul









