Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (“Qaçqinkom”) yeni tender elan edib.
Tribuna.az xəbər verir ki, komitənin Mənzil İstismar Departamenti bununla bağlı elan paylaşıb.
Bildirilir ki, tenderin məqsədi Mingəçevir şəhəri, Yevlax, Bərdə, Füzuli, Hacıqabul və Ağcabədi rayonlarında salınmış məcburi köçkün qəsəbələrində yerləşən fərdi yaşayış evlərinin və mənzillərin təmirini həyata keçirməkdir.
“Qaçqınkom” bu işlərin görülməsi üçün 334 min 954 manatlıq büdcə ayırıb. Yaxın günlərdə isə tenderin nəticəsi məlum olacaq.
Fərda Uğur









