Kriptovalyuta bazarında son sutka ərzində əsas aktivlərin əksəriyyətinin qiymətində azalma qeydə alınıb.
Tribuna.az xəbər verir ki, “CoinMarketCap” platformasının məlumatına əsasən, “Bitcoin” son 24 saatda 0,68% ucuzlaşaraq 78 355,31 ABŞ dollarına enib.
“Ethereum” 0,79% azalaraq 2 477,58 dollara, BNB 3,77% ucuzlaşaraq 722,83 dollara, “Bittensor” isə 0,11% geriləyərək 257,46 dollara düşüb.
Bununla yanaşı, bəzi kriptovalyutalarda bahalaşma müşahidə olunub. “Zcash” 3,05% bahalaşaraq 1 247,67 dollara, “Monero” isə 2,27% artaraq 514,81 dollara yüksəlib.
Qızıl əsaslı kriptovalyutaların qiymətində də artım qeydə alınıb. “PAX Gold” (PAXG) son 24 saatda 0,79% bahalaşaraq 4 412,71 dollara, “Tether Gold” (XAUT) isə 0,71% artaraq 4 408 dollara çatıb.
“CoinMarketCap 20” indeksi son sutkada 0,95% azalaraq 161,87 bənd təşkil edib.









