Lamin Yamal “Barselona”nın tarixinə düşüb.
Tribuna.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı oyunçu klub tarixinin ən gənc kapitanı olub.
Belə ki, Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunda “Feyenoord”la matçda (5:1) Rafinya oyundan çıxarkən kapitanlıq sarğısını 19 yaşlı Yamala verib.
Beləliklə, o bu sarğını daşıyan ən gənc oyunçu adına yiyələnib. Buna qədər isə “Barselona”nın ən gənc kapitanı Boyan Krkiç olub.
B.Krkiç 20 yaşında İspaniya kubokunda kapitanlıq sarğısını taxmışdı









