Azərbaycanda bir ildə 112 milyon manatlıq «Mersedes» satılıb

Azərbaycanda bir ildə 112 milyon manatlıq «Mersedes» satılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2025-ci ildə Azərbaycanda «Mersedes» avtomobillərinin satışı artaraq 112 milyon manata çatıb. 

Tribuna.az FED.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycanda «Mercedes-Benz» avtomobillərinin rəsmi təmsilçisi olan “Autocapital-Azerbaijan” MMC-dən bildirilib.

Şirkətin açıqladığı hesabata görə, avtomobil satışı artsa da, şirkətin xalis mənfəəti azalıb.

Hesabata əsasən Azərbaycanda Mercedes-Benz avtomobillərinin rəsmi təmsilçisi “Autocapital-Azerbaijan” MMC 2025-ci ili təqribən 120 milyon manat satış gəliri ilə başa vurub. Bu 2024-cü ilin göstəricisindən 31 milyon maat və ya 35% artıqdır.

Hesabatdan məlum olur ki, “Autocapital-Azerbaijan” MMC şirkəti «Mercedes-Benz»lə təqribən 20% marja ilə işləyir – şirkətin ölkəyə gətirdiyi avtomobilər alındığı qiymətdən – maya dəyərindən 20-21% artıq qiymətə satılır.

Məsələn, 2024-cü ildə şirkət Azərbaycanda 89 milyon manatlıq avtomobil, ehtiyat hissələri və təmir xidməti satıb. Onun maya dəyəri 74,6 milyon manat, satış marjası 19% təşkil edib.

2025-ci ildə isə şirkətin satışları 120 milyon manata, satışın maya dəyəri isə 99 milyon manat olub – satış marjası 21% təşkil edib.

2025-ci ildə şirkətin satış və dağıtım xərcləri 3,8 milyon manat, inzibati xərcləri 2,6 milyon manat olub ()600 min manat artıb.

Şirkətin Digər xərclər maddəsi isə 2024-cü ildəki 900 min manata qarşı 2,45 milyon manata yüksəlib. Maliyyə xərcləri də 4 dəfə artaraq 1,2 milyon manatdan 4.9 milyon manata yüksəlib.

Nəticədə şirkət satış qiyməti və maya dəyərindən 21 milyon manat fərq əldə etsə də (2024-də 14 milyon manat idi) sonda vergidən əvvəlki mənfəət 2024-cü ildən də aşağı düşüb – 8,5 milyon manata qarşı 8 milyon manat.

Üstəlik ötən il “Autocapital-Azerbaijan” MMC-nin vergiləri də artıb. Nəticədə şirkət ili 5,6 milyon manat xalis mənfəətlə tamamlayıb, bu 2024-cü illə müqayisədə 20% azdır – əvvəlki il şirkətin mənfəəti 7,1 milyon manat idi.

2025-ci ildə “Autocapital-Azerbaijan” MMC-nin aktivləri cüzi azalaraq 95,7 milyon manat təşkil edib. Azalmanın əsassəbəbi anbardakı avtomobil sayı ilə bağlı olub. 2024-cü ilin sonunda anbarlarda 38 milyon manatlıq avtomobil və ehtiyat hissəsi olduğu halda, 2025-ci ildə bu rəqəm 24 milyon manata düşüb.

Əvəzində şirkət əlindəki pulu artırıb – 2024-də “Autocapital-Azerbaijan” MMC-nin hesablarında 7,7 milyon manat olduğu halda, 2025-ci ildə bu rəqəm 2 dəfə artaraq 14,6 milyona çatıb.

2025-ci ildə “Autocapital-Azerbaijan” MMC-nin hesabatında maraqlı mənam – şirkətin debitor borcları, yəni avtomobil satışından alacaqları  6,7 milyon manata yüksəlib, 2024-cı ildə bu rəqəm 1,9 milyon manata da çatmırdı, yəni 4 dəfə artıb. Məlumat üçün bildirək ki, 2023-cü ildə debitor borcları daha az idi – 1,2 milyon manat.

Debitor borclarının kəskin artımı göstərir ki, “Autocapital-Azerbaijan” MMC getdikcə avtomobilləri daha yumşaq şərtlərlə (məsələn, hissəli ödənişlə və ya nisyə) satmağa başlayıb.

Şirkətin satışla bağlı aldağa avansları isə əksinə – 3,5 dəfə azalıb. 2024-cü ilin sonunda “Autocapital-Azerbaijan” MMC-nin aldığı avanslar 4,8 milyon manat olduğu halda, 2025-in sonunda bu rəqəm 1,5 milyon manata düşüb. Bu vəziyyət iki səbəblə bağlı ola bilər – avans ödəyən alıcılar azalıb və ya şirkət əvvəlki kimi avans tələb etmir.

Şirkətin cəmi öhdəlikləri 2024-cü ildəki 43 milyon manatdan 2025-in sonunda 37 milyon manata enib. Bunun da 27 milyon manatı “Autocapital-Azerbaijan” MMC-nin öz təsisçisindən «Abşeron Avtomobil Mərkəzi»ndən aldığı kredit təşkil edir.

Ötən il şirkətdə işçi sayı artaraq 114 nəfərə çatıb.