Şəhid qızı olan tanınmış aktrisa Könül Yusifqızı TƏBİB-i və onun yeni rəhbəri Anar Bayramovu sərt tənqid edib.
Tribuna.az xəbər verir ki, aktrisa sosial şəbəkə hesabında bununla bağlı video paylaşıb.
O bildirib ki, bir arayış almaq üçün onu get-gələ salıblar:
“Kimdir bu 4 nömrəli Uşaq Poliklinikasının baş həkimi? Bir müayinə cavabı almaq üçün niyə mən iki gün gedib-gəlməliyəm? Niyə sisteminiz donur, niyə vay-fay işləmir? Əgər sisteminiz donursa, keçməyin də onlayn rejimə. Bizi niyə incidirsiniz? Baş həkim buna niyə nəzarət etmir?
Ay TƏBİB, yüksək texnologiyalardan danışırsınız. Hanı sənin texnologiyan?
MyGov-da cavab çıxır, TƏBİB-in sistemində cavab çıxmır. Bu necə olur?
4 nömrəlidə deyirlər ki, cavab təsdiqlənməyib. Təsdiqlənməmiş cavab necə MyGov-da çıxır?
TƏBİB-ə yeni rəhbərlik gəldi, dedik, yəqin, yeni islahatlar edəcək. Hanı sənin islahatın?”.
Şikayətlə bağlı TƏBİB-in mövqeyi məlum deyil. Qarşı tərəfi dinləməyə hazırıq.
Gülşən Rəsul









