İRANIN ŞİMALINDAKI MKO İLƏ ƏLAQƏLİ KOMANDANIN RƏHBƏRLƏRİ HƏBS EDİLDİ

İRANIN ŞİMALINDAKI MKO İLƏ ƏLAQƏLİ KOMANDANIN RƏHBƏRLƏRİ HƏBS EDİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın şimalındakı Mazandaran əyalətinin Babolsar şəhərində “Mücahidin-e-Xalq Təşkilatı” terror kultu ilə əlaqəsi olan komandanın rəhbərləri həbs edilib.

Tribuna.az Mehrnews-a istinadən xəbər verir ki, Babolsar şəhərinin SEPAH komandiri Mustafa Bazvənd bazar ertəsi bu barədə açıqlama verərək bildirib ki, komanda gəncləri aldatmaq məqsədi ilə şəhərdə fəaliyyət göstərir.

Komandirin sözlərinə görə, həbs edilən liderlər xaricdən dəstəklənən qruplarla birbaşa əlaqədə olublar və onlar bir çox anti-təhlükəsizlik tədbirləri həyata keçiriblər.

O, ölkədə iğtişaşlar başlayandan bəri komandanın düşmən mediaya [ABŞ və Böyük Britaniyada yerləşən bir sıra farsdilli telekanallara] məlumat verməyə və gəncləri aldatmağa çalışdığını qeyd edib və əlavə edib ki, şəhərin təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

İranın kəşfiyyat ictimaiyyəti bildirib ki, ABŞ və Böyük Britaniya da daxil olmaqla bir neçə ölkə öz casusluq və təbliğat aparatlarından ölkədə şiddətli iğtişaşlar törətmək üçün istifadə edib.