İRANIN İQTİSADİ MƏNTİQSİZLİYİ… AZƏRBAYCAN KİMİ BÖYÜK BAZARI İTİRİR…

İRANIN İQTİSADİ MƏNTİQSİZLİYİ… AZƏRBAYCAN KİMİ BÖYÜK BAZARI İTİRİR…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İran-Azərbaycanın münasibətlərinin korlanması ilə Azərbaycan çox şey itirmir. Çünki Azərbaycan üçün İran elə də böyük bazar deyil. Ancaq İran Azərbaycanla münasibətlərini korlamaqla böytük bir bazar və gəlir itirir. Bu baxımdan, İran həm də iqtisadi məntiqsizlik edir”.

Tribuna.az xəbər verir ki, bu barədə iqtisadçı Natiq Cəfərli sosial media hesabından paylaşdığı videoda bildirib. iqtisadçı qeyd edib ki, 2022-ci ilin rəsmi rəqəmlərinə görə, İranla Azərbaycan arasındakı ticarət dövriyyəsində İranın Azərbaycana satdığı məhsulların həəcmində böyük üstünlük var:

“Ötən il Azərbaycan İrana cəmi 30 milyon dollarlıq məhsul satıbsa, İranın Azərbaycana satdığı məhsulların həcmi 478 milyon dollar olub. İqtisadi məntiqlə də düşünsək, İran tərəfi Azərbaycan kimi böyük bir bazarda üstünlüyü əldə etməkçün daha çox çalışmalı, Azərbaycana daha yaxşı münasibət göstərməlidir. Ancaq İranın iqtisadi nöqteyi nəzərdən də tutumu anlaşılan deyil. Çünki ərazi və əhalicə kiçik olan Ermənistanla daha sıx münasibətlərin qalmasına cəhdlər edərək, Azərbaycan kimi böyük bir bazarı itirmək və Azərbaycanla münasibətləri korlamaqla üstünlüyü əldən verməklə məşğuldur. Bu nöqteyi nəzərdən, İranın addımı məntiqli deyil.

İranın özünün də açıqlamalarına görə, Azərbaycanda təqribən bir milyard dollarlıq məhsul satmaq imkanları və fürsətləri var. Ancaq İran bu fürsəti əldən verir. Bu baxımdan, İran iqtisadi məntiqsizlik edir.

Azərbaycan üçün İran böyük bazar deyil. Yəni burada Azərbaycan çox şey itirmir. Ancaq İran Azəırbaycanla münasibətlərini korlamaqla böyük bir bazar və gəlir itirir”.

Tribuna.az