İran XİN-i maraqlı açıqlama ilə çıxış edib.
Tribuna.az xəbər verir ki, rəsmi Tehran ABŞ-ın quru qoşunları ilə hücuma keçəcəyi təqdirdə atacağı addımları qeyd edib.
Nazirlik bildirib ki, ABŞ qurudan müdaxiləsi edərsə onlara qurudan cavab veriləcək və quru döyüşü olacaq. “Ehtiyac yaranarsa, bəli, neft obyektlərinin də dağıdılmasını gözə alıb, orada olan Amerika əsgərlərini həm dron, həm raketlə hədəfə alacağıq”.
Qurum daha sonra bildirib ki, ABŞ adaları ələ keçirə bilməyəcək. “Ora eniş etsə də, orada möhkəmlənə bilməyəcək. Biz adalara görə təslim olmaq əvəzinə sənayemizin məhvini də gözə alıb, adaları geri qaytarmaq seçimini edəcəyik”.
Fərda Uğur









