“İrana zərbələr nöqtəvi olacaq. Yəni strateji obyektlər və yüksək eşelonda olan fiqurlar aradan götürüləcək. Amma Ramazan ayında bunun baş verəcəyinə inanmıram. Tramp müsəlman dünyasının nifrətini qazanmaq istəməz. Hətta onun Ramazan ayı ilə bağlı müsəlmanlara təbriki oldu. Ona görə hələ masada danışıqlar davam edəcək”.
Bu sözləri Tribuna.az-a professor Qabil Hüseynli deyib. Onun sözlərinə görə, İrandakı rejim qocalıb və ABŞ qarşısında davam gətirə bilməz:
“Sadəcə, Tehran vaxt udmağa çalışır, Türkiyə və ərəb ölkələri də hücumun əleyhinədir deyə Amerika ilə danışıq aparırlar.
Bütün hallarda ya rejim dəyişəcək, ya rejim özünü dəyişəcək. Yəni İrandakı hakimiyyət həm daxildə islahatlar aparmalı, həm də nüvə proqramı ilə bağlı şərtlərdə kompromisə getməlidir. Çünki Ramazan ayından sonra İranın halı pis ola bilər”.
Gülşən Rəsul









