İranda vəziyyət gərgindir. Vətəndaşlarımız ora getməkdən çəkinməli, orada olanlar geri qayıtmalıdırlar.
Tribuna.az xəbər verir ki, bu barədə politoloq Zaur Məmmədov bildirib. Onun sözlərinə görə, son hadisələr göstərir ki, Tehran rejimi ölkədə vəziyyəti idarə edə bilmir:
“Bacardıqları ancaq güc, qorxu hesabına nəyəsə nail olmaqdır.
Zəngəzur dəhlizinə özünə təhdid hesab edən İran Ermənistanın təhlükəsizliyini öz təhlükəsizliyi hesab edir. Xoşbəxtlikdən, tezliklə farsların haylarla sərhəddi olmayacaq”.









