İRAN RUSİYA, TÜRKMƏNİSTAN VƏ QƏTƏRİN İŞTİRAKI İLƏ QAZ QOVŞAĞI YARATMAQ NİYYƏTİNDƏDİR

İRAN RUSİYA, TÜRKMƏNİSTAN VƏ QƏTƏRİN İŞTİRAKI İLƏ QAZ QOVŞAĞI YARATMAQ NİYYƏTİNDƏDİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranlı nazir qeyd edib ki, təşəbbüsün həyata keçirilməsi üçün hazırlıq gedir.

Tribuna.az-ın xəbərinə görə, İranın neft naziri Cavad Ouci bildirib ki, İran Rusiya, Türkmənistan və Qətərin iştirakı ilə Fars körfəzi sahillərində yerləşən Asaluyeh sənaye rayonunda qaz qovşağı yaratmağa çalışır.

“33 trilyon kubmetr çıxarıla bilən qaz ehtiyatına malik olan İslam Respublikası bu resursun ehtiyatlarına görə dünyada ikinci yerdədir… Biz Rusiya, Türkmənistan və Qətərin köməyi ilə Fars körfəzi və Asaluyeni təbii qaza çevirməyə çalışırıq”, – deyə nazir bildirib.

Qeyd edək ki, o, layihənin təfərrüatlarını açıqlamayıb, sadəcə qeyd edib ki, hazırda lazımi hazırlıqlar gedir və proqramın icrası ilə bağlı plan hazırlanır.