İran Naxçıvan üzərindən Ermənistana yük daşımaq istəyir

İran Naxçıvan üzərindən Ermənistana yük daşımaq istəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran Dəmir Yollarının rəhbəri Cabar Əli Zəkəri bildirib ki, İran Naxçıvan üzərindən dəmir yolu nəqliyyatı ilə yüklərin Ermənistana daşınmasını nəzərdən keçirir.

Tribuna.az xəbər verir ki, MDB-nin Dəmir Yolu Nəqliyyatı Şurasının 83-cü sessiyası çərçivəsində İran tərəfi ilə Ermənistanın dəmir yolu sisteminin operatoru olan “Cənubi Qafqaz Dəmir Yolları” QSC-nin nümayəndələri arasında bu məqsədlə danışıqlar aparılıb.

Danışıqların gündəliyinə Naxçıvandan keçməklə İrandan Ermənistana yükdaşımaların həyata keçirilməsi daxildir. “Bu, bizə gələcəkdə Naxçıvanda dəmir yolunu işə salmağa imkan verəcək. Biz bu layihəni ən qısa müddətdə həyata keçirməyə çalışırıq”.

Fərda Uğur