Məlum olduğu kimi, İranda benzinin qiyməti hökumət tərəfindən iki dəfə bahalaşdırılıb.
Tribuna.az xəbər verir ki, Tehran rəsmiləri bununla bağlı qərar qəbul ediblər.
Lakin qiymət artımına insanların etirazları pərakəndə olsa da, başlayıb. Bunun geniş miqyas alacağından ehtiyat edən rejim mənsubları isə dərhal iri şəhərlərə xüsusi cəza dəstələri yerləşdirməyə başlayıblar.
Sosial şəbəkələrdə yayınlanan videolardan da aydın görünür ki, Abadan, İsfahan, Bircənd, Təbriz, Tehran, Xorrəmabad, Xomeyn, Şiraz, Qeşm, Kərəc və Məşhəd şəhərlərində Bəsic qüvvələri də daxil olmaqla, bütün cəza qüvvələrin yerləşdirilməsi prosesinə start verilib.
Qeyd edək ki, İranda benzin bahalaşanda hər dəfə etiraz aksiyaları keçirilir. Adətən iğtişaşa çevrilən prosesi yatırmaq üçün rejim mənsubları silahdan istifadə etməli olurlar.









