İQTİSADÇIDAN AZAL-A  SƏRT SÖZLƏR… “QİYMƏTLƏR YÜKSƏK, ÜSTƏLİK DƏ ZİYANLA İŞLƏYİR…”

İQTİSADÇIDAN AZAL-A SƏRT SÖZLƏR… “QİYMƏTLƏR YÜKSƏK, ÜSTƏLİK DƏ ZİYANLA İŞLƏYİR…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Quru sərhədləri hələ də bağlıdır, AZAL-dan başqa bazarda oyunçu yox, qiymətləri yüksək təyin elə, üstəlik də ziyanla işlə. Bu, qəbuledilməz bir şeydir. AZAL büdcədən dotasiya da alır, təyyarəni də dövlət alır, qiymətləri kəllə-çarxa qaldırsa da, rəsmən mənfəətlə işləmir.

Tribuna.az yazır ki, AZAL-ın uçuşlar üzrə müəyyən etdiyi qiymətləri tənqid edən iqtisadçı Natiq Cəfərli bildirib ki, dəfələrlə danışılıb, hətta Prezident də AZAL-dan publik şikayət edib, amma heç nə dəyişmir.


O bildirib ki, uçuş məsafəsi, sərf edilən avia-kerasin, qəbul edən hava limanının tarifləri, uçuş zamanı göstərilən xidmətlər, təlabat və s. – bütün bunlar qiyməti formalaşdıran amillərdir. Amma ən əsası uçuş məsafəsi və yanacaq sərfidir – çünki, təyyarə ekipajı eyni, maaşlar eyni, çəkilən xərc eyni olur:

“Eyni günlərdə, məsələn, 23 iyun-29 iyun tarixlərində Tibilisiyə bilet axtarırsan, normal uçuş qrafikində və cəmi 10 kq baqajla 617 manata (gediş-dönüş) bilet var, eyni tarixdə eyni 10 kq baqajla Bakı-Aktau biletinin qiyməti isə 234 manatdır (gediş-dönüş). Bakıdan Aktauya hava yolu məsafəsi 380 km, Bakıdan Tibilisiyə hava yolu məsafəsi isə 448 km-dir – hava yolu məsafələri arasında cəmi 68 km məsafə var, yəni, bu da fərq yoxdur anlamına gəlir.
Yaxşı, necə ola bilər ki, cəmi 68 km məsafəyə görə bilet qiymətində fərq 2,5 dəfəyə yaxın olsun?! Qiymətlər arasında fərq 383 manatdır! Yəni, Tibilisiyə 1 nəfərlik bilet qiymətinə Aktauya 2 bilet almaq olar, hələ bir 150 manat da cibində pul qalar ki, bu vəsaitlə də 2-3 gün Aktauda yemək-içməyinin dəyərini də ödəyə bilərsən”.