“Meta” şirkəti “Tvitter” ilə rəqabət aparmaq üçün mətn əsaslı proqram yaratmağı planlaşdırır.
Tribuna.az xəbər verir ki, Meta-nın baş məhsul meneceri Kris Koks “Tvitter”ə alternativ olan yeni tətbiqin ekran görüntülərini paylaşıb.
Proqramın bir neçə aydır məşhurlar və bloqerlərlə sınaqdan keçirildiyi bildirilib.
Yeni proqramda İnstaqram-ın infrastrukturundan istifadə ediləcəyi qeyd olunub.
Tətbiq Instagram-dan ayrı olacaq, lakin istifadəçilərə hesablarını əlaqələndirməyə imkan verəcək.
Tətbiqin qısa müddət ərzində hər kəs üçün əlçatan olacağı gözlənilir.









