Türkiyədə prezident seçkilərinin ikinci turu başa çatsa da, Ali Seçki Qurumunun rəsmi yayım qadağası aradan qaldırılmayıb.
Tribuna.az xəbər verir ki, buna baxmayaraq, artıq sosial səhifələrdə seçkilərlə bağlı ilkin nəticələrin tirajlanmasına başlanılıb.
Hazırkı nəticələr belədir:
1. Rəcəb Tayyib Ərdoğan – 56,36%
2. Kamal Kılıçdaroğlu – 43,64%.
“Anadolu” agentliyi səslərin artıq 49%-dən çoxunun sayıldığını bildirib.









