III qrup üzrə qəbul imtahanları başa çatıb

III qrup üzrə qəbul imtahanları başa çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün III ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirlib.

İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Masallı və Xaçmazda təşkil olunub.

“Report”un əməkdaşları Bakının Səbail rayonu 239 nömrəli tam orta məktəbdə təşkil olunan imtahanları izləyiblər.

Burada 242 abituriyent imtahan verib. Onlardan 53-ü oğlan, 189-u qız, 14-ü fiziki məhdudiyyətli şəxslərdir.

İmtahanda heç bir qayda pozuntusu, insident qeydə alınmayıb, sağlamlıq durumu ilə bağlı problem yaşayan abituriyent olmayıb.