ABŞ-İran danışıqları zamanı anlaşma memorandumunun imzalanmasından sonra gəmilərin Hörmüz boğazından 60 gün ərzində pulsuz keçməsinə icazə veriləcək.
Tribuna.az “NBC News”a istinadən xəbər verir ki, bunu ABŞ-nin vitse-prezidenti J.D. Vens deyib.
Onun sözlərinə görə, ABŞ razılaşmanın son versiyası bağlandıqdan sonra su yolundan keçidin sərbəst qalacağını gözləyir.
Vens bunun razılaşmada qeyd olunduğunu açıqlayıb.









