Heydər Əliyev prospekti, “Şəfa” stadionu ətrafında bir neçə işıq dirəyi təhlükə saçır.
Tribuna.az xəbər verir ki, işıq dirəklərinin dəmirləri qopub. Bir neçə dirək eyni vəziyyətdədir. Şiddətli külək zamanı dirəyin yerindən oynayan dəmirləri daha da əyilir. İşıq dirəyi hazırda təhlükəli formadadır.
Təhlükə saçan işıq dirəyi mərkəzi yola yaxındır və ərazidən fasiləsiz olaraq avtomobillər keçir. Şiddətli külək zamanı hər an bədbəxt hadisə baş verə bilər. Aidiyyəti dövlət qurumları isə hər hansısa hadisə baş verməsə tədbir görmür.









